DİQQƏT! Aprelin 13-dək yazılan cərimələr qanunsuzdur - VİDEO
    • 3-06-2020, 17:38
    • 752

DİQQƏT! Aprelin 13-dək yazılan cərimələr qanunsuzdur - VİDEO

Karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr ilə bağlı mübahisələr böyüyür.
 
News24.az xəbər verir ki, bir neçə gün əvvəl yüzdən artıq vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünaslar və ekspertlər Baş nazir Əli Əsədova müraciət edərək, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının 13 aprel 2020-ci il tarixinədək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlbetmə səlahiyyətinin olmadığını, bu səbəbdən həmin tarixə qədər yazılan cərimələrin ləğv olunmasının zəruri olduğunu bildiriblər.
 
Müraciətdə qeyd olunub ki, aprelin 13-nə qədər DYP əməkdaşları tərəfindən respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında 18 mindən çox hərəkət iştirakçısı cərimələnib. /pravda.az/