-
- 4-06-2020, 09:00
- 1 052
DSX Azərbaycan-Gürcüstan sərhədini pozmaq istəyənlərə XƏBƏRDARLIQ ETDİ
İyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşik¬çidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup şəxs tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub.
Dövlət Sərhəd Xidmətindən News24.az-a verilən xəbərdə bildirilir ki, əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.
Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaqdır və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.