Müəllimlərin Sertifikatlaşdırılması payız ayında OLACAQ
    • 5-06-2020, 12:22
    • 671

Müəllimlərin Sertifikatlaşdırılması payız ayında OLACAQ

Təhsilverənlərin sertifikatlaşdırılması bu ilin payız aylarından başlayacaq.

News24.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Sertifikatlaşdırma növbəti ildə də davam edəcək.
 


****
10:25

Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb. 

News24.az xəbər verir ki, əmrin imzalanmasında məqsəd dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılmasının təşkil etməkdir. 

Əmrə əsasən, Şuranın tərkibi aşağıdakı kimidir: 

Şuranın sədri - 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva 

Şuranın üzvləri: 

Fərzəli Qədirov - Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini

Elnur Məmmədov - Təhsil nazirinin müşaviri, İnformasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən

Eşqi Bağırov - Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri

Vəfa Yaqublu - Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri

Murad Camalzadə - Təhsil İstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən

Vüsal Xanlarov - Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi.

İnsan resursları şöbəsi (E.Bağırov) və Hüquq şöbəsinə (A.Cəfərov) 30 gün müddətində Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının Əsasnaməsini hazırlayıb təsdiq edilməsi üçün təqdim etmələri tapşırılıb.

Nazir əmrin icrasına nəzarəti öz üzərində saxlayıb.