Təhsil Nazirliyinin Apellyasiya Şurasının yeni tərkibi təsdiq edildi - SİYAHI
    • 8-01-2020, 15:05
    • 848

Təhsil Nazirliyinin Apellyasiya Şurasının yeni tərkibi təsdiq edildi - SİYAHI

Təhsil Nazirliyinin Apellyasiya Şurasının yeni tərkibi təsdiq edilib. 

News24.az xəbər verir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, nazirliyin Apellyasiya Şurası aşağıdakı tərkibdə təsdiq edilib:

Apellyasiya Şurasının sədri:


Firudin Qurbanov – Təhsil nazirinin müavini;
Apellyasiya Şurasının üzvləri:
Muxtar Məmmədov – Aparat rəhbəri;
Fərzəli Qədirov – Aparat rəhbərinin müavini;
Anar Cəfərov – Nazirin müşaviri, Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən;
Eşqi Bağırov – İnsan resursları şöbəsinin müdiri;
Amil Əlili – Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini;
Bəhruz Müslümov – Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri /report/