Bakıda yük avtomobili YOLDA YANDI
    • 5-06-2020, 18:33
    • 667

Bakıda yük avtomobili YOLDA YANDI

Bakıda yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, "МАZ" markalı yük avtomobilinin kabinə hissəsi və mühərriki yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.