Bakıda "Mercedes", Neftçalada "Opel" YANDI
    • 9-12-2019, 09:21
    • 1 769

Bakıda "Mercedes", Neftçalada "Opel" YANDI

Bakıda avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Nizami rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Neftçala rayonunun Bankə qəsəbəsində isə "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.