-
- 5-06-2020, 18:44
- 1 540
Xalq artisti VƏFAT ETDİ
Rusiyanın Xalq artisti vəfat etdi, aktyor və rejissor Mixail Kokşenov 83 yaşında dünyasını dəyişib.
News24.az“TASS”a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Kinematoqrafçılar İttifaqının Kino Aktyorları Gildiyasına istinadən xəbər verib.
“Bəli, biz onun keçmiş həyat yoldaşına zəng etdik, o təsdiqlədi (Mixail Kokşenovun vəfatını – “TASS”ın qeydi)”, - agentliyin həmsöhbəti deyib. Onun sözlərinə görə, artistin dəfni ilə bağlı məlumat hələ yoxdur.
Qeyd edək ki, M.Kokşenov 1936-cı il sentyabrın 16-da Moskvada anadan olub. İlk dəfə kinoda 1957-ci ildə “Hündürlük” filmində debüt edib. Ümumilikdə 130-dan çox rol oynayıb, onlardan ən məşhurları – “Jenya, Jenyeçka və “Katyuşa”da Zaxar Kosoy, “Dauriya”da Fedot Muratov, “Sportloto -82”də Stepan, “Ən cazibədar və cəlbedici”də Lyoşa Pryaxindir.
O, həmçinin rejissor kimi də çalışıb.