Azərbaycandan ABŞ-a getmək istəyənlərin NƏZƏRİNƏ
    • 5-06-2020, 19:33
    • 715

Azərbaycandan ABŞ-a getmək istəyənlərin NƏZƏRİNƏ

ABŞ-ın xarici nümayəndəlikləri ən qısa zamanda sadə viza xidmətləri göstərilməsini bərpa edəcək, lakin dəqiq tarixi hələ bilinmir.
 
News24.az
-ın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin diplomatik nümayəndəlik tərəfindən viza verilməsinin bərpa olunması ilə bağlı yaydığı bəyanatda deyilir.
 
“COVID-19 pandemiyası ilə əlaqədar dünyada yaranan ciddi problemlərə cavab olaraq, Dövlət Departamenti ABŞ-ın bütün səfirlik və konsulluqlarında sadə viza xidmətlərini müvəqqəti olaraq dayandırıb. Resurslar icazə verən kimi, səfirliklər və konsulluqlar missiya üçün təcili və vacib viza xidmətləri göstərməyə davam edəcəklər”, - səfirlikdən qeyd ediblər.