-
- 8-06-2020, 15:42
- 1 439
Polisə zibil atan Elvini evindən belə çıxardılar- ANBAAN VİDEO
İyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.
Həmin şəxslərin saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılmış videoda Çevik Polis Alayının Xüsusi təyinatlı qüvvələrinin evə daxil olaraq şübhəli şəxsi yatdığı yerdən götürərək aparılması əks olunub. News24.az həmin videonu təqdim edir:
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, polis həmin şəxslərlə qanun çərçivəsində davranıb: “Terrorçu kimi davranılmayıb. Xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının üzərinə eyvanlardan müxtəlif məişət əşyaları atıblar. Polisin araşdırmaları zamanı həmin şəxslər müəyyən olunub, polis də həmin şəxsləri məsuliyyətə cəlb edib. Polis qanunun verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edib”.