Türkiyəyə istirahətə yollanan turistlər KORONAVİRUS TESTİNDƏN KEÇMƏYƏCƏK
    • 9-06-2020, 14:46
    • 418

Türkiyəyə istirahətə yollanan turistlər KORONAVİRUS TESTİNDƏN KEÇMƏYƏCƏK

Türkiyə ölkəyə gələn turislərdən koronavirus testinin nəticələrini, xəstəliklə bağlı sənədlər və digər sübutları tələb etməyəcək. 

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin  Turizm və Mədəniyyət naziri Mehmet Ersoy məlumat verib. Bildirilib ki, sərhəd nəzarətindən keçən tursitlərin hərarəti ölçüləcək və bu zaman bədən tempraturu 38 dərəcədən yuxarı olan şəxslər koronavirus testindən keçəcək. 

Qeyd edilib ki, istirahət zamanı koronavirusa yoluxan şəxslərin müalicəsindən imtina edilməyəcək. Ancaq bu müalicənin ödənişli və ya ödənişsiz həyata keçiriləcəyi ilə bağlı dəqiq məlumat verilməyib.

Nazir bildirib ki, bu il turizm gəlir əldə etmək üçün deyil, daha çox 2021-ci ilə hazırlıq işlərinin aparılması üçün nəzərdə tutulub.