"Təəssüflər olsun ki, külli miqdarda atılan çörək gördük" - Ramin Bayramlı
    • 9-06-2020, 19:06
    • 546

"Təəssüflər olsun ki, külli miqdarda atılan çörək gördük" - Ramin Bayramlı

"Çörək satışı növbələrində xoşagəlməz görüntülərin şahidi olduq. Təəssüflər olsun ki, külli miqdarda atılan çörək gördük. Ümid edirik ki, vətəndaşlar digər günlərdə həmrəylik göstərəcəklər". 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, keçən həftədən fərqli olaraq narıncı sahəyə Salyan, Kürdəmir, İsmayıllı, Yevlaxda əlavə olundu. Bu bölgələrdə yoluxma sayı çoxaldığına görə, narıncı sahəyə daxil edildilər. 65 yaşdan yuxarı olan vətəndaşlarımıza evdən çıxmamağı tövsiyə edirik".

Afaq Mirayiq