Nyu-Yorkdan Bakıya çarter reysi ilə 217 Azərbaycan vətəndaşı GƏTİRİLDİ
    • 11-06-2020, 10:50
    • 415

Nyu-Yorkdan Bakıya çarter reysi ilə 217 Azərbaycan vətəndaşı GƏTİRİLDİ

İyunun 11-də “Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkəti tərəfindən Nyu-Yorkdan Bakıya 217 Azərbaycan vətəndaşının gətirildiyi çarter reysi yerinə yetirilib.

AZAL-dan News24.az-a verilən məlumata görə, müəyyən edilmiş prosedura əsasən sözügedən reysin sərnişinləri mütləq şəkildə karantinə yerləşdirilib.

Milli aviadaşıyıcı həmvətənlərimizin qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş plana əsasən yerinə yetirir.