Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarları iki gün İŞLƏMƏYƏCƏK
    • 11-06-2020, 15:00
    • 490

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarları iki gün İŞLƏMƏYƏCƏK

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarları iki gün hərəkətdə olmayacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-dən News24.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, iyunun 14-ü və 15-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq. İyunun 16-dan qatarların cari qrafik əsasında Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkəti bərpa olunacaq.