Naxçıvana aviabiletlər yalnız onlayn satılacaq - ki RƏSMİ
    • 11-06-2020, 19:08
    • 762

Naxçıvana aviabiletlər yalnız onlayn satılacaq - ki RƏSMİ

Hazırda Naxçıvan-Bakı reysi üzrə uçuşlar başlanıb. Biletlər yalnız onlayn şəkildə satılır. 

Bunu News24.az -a açıqlamasında Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib. Onun sözlərinə görə, "18 İyun saat 12:00-da ilk reys Bakıdan Naxçıvana uçacaq. Naxçıvandan Bakıya reys isə həmin gün saat 14:10-da təşkil olunacaq. İkinci uçuş Bakıdan saat 15:00-da, Naxçıvandan 17:10-da təşkil olunacaq. Bundan sonra hər həftənin Çərşənbə axşamı və Cümə axşamı günləri Bakıdan saat 15:00-da, Naxçıvandan isə saat 17:10-da uçuşlar təşkil olunacaq" .

O bildirib ki, bilet alışı zamanı istifadə olunan kart mütləq sərnişinin öz adına olmalıdır:" Təbii ki, istisna hallar baş verir. Əgər sərnişinlərin bank kartı yoxdursa, çağrı mərkəzinə müraciət edərək, bilet ala bilərlər. Bu biletlər məhdud saydadır".

Qurum rəsmisi bildirib ki, əgər yay günlərində əvvəl gündəlik 10 reysə qədər uçuş həyata keçirilirdisə, Bu zaman Bakı-Naxçıvan istiqamətində 15 000 sərnişin bir gündə daşınırdısa, bu günkü imkanlar çərçivəsində gündəlik 80-100 sərnişin daşınacaq: "Ümid edirik ki, səyahət etməsi vacib olan sərnişinlər çarter reyslərindən istifadə edəcəklər. Pandemiya dövründə bütün ictimai nəqliyyat növlərindən, o cümlədən hava nəqliyyatından istifadə tövsiyə olunmur".

Afaq Mirayiq