Az insanın bildiyi  10 maraqlı məlumat
    • 1-10-2018, 12:40
    • 1 546

Az insanın bildiyi 10 maraqlı məlumat

Dünya bilmədiyimiz, yaxud da bildiyimizi sandığımız sirli məlumatlarla doludur. İnsan bədəni, heyvanlar, təbiətdə baş verən hadisələr, texnologiyanın irəliləməsi insan beynində suallar yaranmasına təkan verir. News24.az saytı az insanın bildiyi maraqlı məlumatları təqdim edir.

1. Təyyarələr niyə kosmosa uça bilmir? Bu mümkün deyil. Çünki, bir obyekt  atmosfer qatını keçib dünyanı tərk etmək üçün 40 min km/saatla hərəkət etməlidir.
2. Çox məcbur qalmadığınız təqdirdə qar yeməyin. Çünki, bədəniniz qarı əridib, isitmək üçün həddindən artıq enerji sərf edir ki, buda tez yorulmağınıza səbəb ola bilər.
3. Həyatda qalma mütəxəssisləri  “üç qayda”nı daima xatırladır. Ümumiyyətlə insanlar oksigensiz 3 dəqiqə, yemək yemədən 3 gün, su içmədən isə  3 həftə həyatda qala bilər. 
4. Su nə rəngdir? Ən çox verilən cavab suyun rəngsiz olmasıdır. Çox insan şəffaf olduğunu da deyir. Dənizin mavi görünməsinin səbəbi göyün əksinin görünməsi olsa da, su çox solğun tonda mavidir. Bunu,donmuş buza yaxud da içərisində dəlik yaranmış qara baxanda görə bilərsiz.
5. Kobraları hansı musiqilər cəzb edir? Əslində onlar üçün fərq etmir. Kobra şovlarında  ilanlar musiqiyə yox , qarşısında olan insanın hərəkətinə reaksiya verir. Çünki onların xarici qulaqları olmadığına görə çox zəif eşidirlər.
6. Ağcaqanad qovucu spreylər əslində onları narahat etmir, sadəcə olaraq kəskin iyə görə insanları tapmaqda çətinlik çəkirlər.
7. İnsanların çanaq sümükləri, betondan daha sağlamdır.
8. Yerin cazibə qüvvəsi  olmadığı yerdə ağlaya bilməzsiniz. Çünki  gözyaşı yerə doğru hərəkət eliyə bilməz və gözdən çıxa bilməz.
9. Nüvə müharibəsindən sağ çıxa biləcək canlı hansıdır? Çox insan  bunun taxtabiti böcəyi olduğunu söyləsə də bu məlumat yanlışdır. 1959-cu ildə aparılanaraşdırmalarda radiasiyaya dözə biləcək ən güclü canlının deinococcus radiodurans bakteriyası olduğu bilinib. 
10. Məşhur ixtiraçı və futuroloq Reymond Kurtsveylin proqnozuna əsasən, dünyanın elektrik tələbatını yer kürəsinə gündəlik düşən günəş işığının  1/10000 hissəsi ilə müqayisə etmək olar.Şəlalə Ağayeva