Azərbaycanda koronavirusa yoluxanların sayı 10 MİNİ KEÇDİ
    • 15-06-2020, 19:57
    • 532

Azərbaycanda koronavirusa yoluxanların sayı 10 MİNİ KEÇDİ

Azərbaycanda koronavirusla bağlı statistika açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 10324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib, 4463 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5052, ötən müddət ərzində isə ümumilikdə 386898 test aparılıb.