44 minə yaxın uşaq I sinfə qəbul üçün ONLAYN QEDİYYATDAN KEÇİB
    • 16-06-2020, 16:26
    • 426

44 minə yaxın uşaq I sinfə qəbul üçün ONLAYN QEDİYYATDAN KEÇİB

"44 minə yaxın uşaq I sinfə qəbulla bağlı onlayn qeydiyyatdan keçib".

News24.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib. 

Onun sözlərinə görə, həmin uşaqların valideynləri yaxın ərazilərdə yerləşən məktəblərə sorğular yerləşdirirlər. Avqust ayının ikinci yarısından başlayaraq onlar həmin məktəblərə sənədlərini təqdim edə biləcəklər.