AzTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin edildi - RƏSMİ
    • 17-06-2020, 16:55
    • 772

AzTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin edildi - RƏSMİ

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov vəzifəsindən azad olunub.

News24.az xəbər verir ki, AzTV-dən daxil olan məlumata görə, Mübariz Aslanovun yerinə Nərgiz Rəfiyeva təyin edilib.

Nərgiz Rəfiyeva vaxtilə "Yeni Həyat" şirkətlər qrupunun PR və marketinq şöbəsinin direktoru, Park Cinemanın PR-meneceri vəzifələrində çalışıb. /Teleqraf.com/