-
- 1-10-2018, 20:00
- 1 232
Amerikalı hərbçinin etirafı: “Məni yadplanetlilər oğurlamışdı”
Bu yaxınlarda sosial şəbəkələrdə ABŞ ordusunun əskərinin qeyri-adi hekayətini əks etdirən video çarx yayımlanıb.
Hərbçi yadplanetlilər tərəfindən oğurlandığını bildirib. O, özünü yadplanetlilər arasında görüb. Lövhədə isə hərbçi gördüklərini çəkməyə cəhd edir.
Onu dinləyən əskərlərin üzündə təbəssüm var və ona inanmadıqları açıq-aşkar hiss edilir. Əskər isə bildirir ki, oğurlandıqdan sonra üç yadplanetli irqinin nümayəndələrini görüb. Birinci tipik kiçikboylu, böyük başlı boz, ikinci isə ağdərili hündürlər, üçüncülər isə reptiolidlər olub. Əskər lövhədə bu məxluqları çəkməyə çalışır.
Qaradərili hərbçi bildirir ki, boz yadplanetlilərin planetində olub və adi hava ilə nəfəs alıb. Bu planetlə Yerin atmosferi çox oxşardır. Onların planeti ikiqat ulduz sistemində yerləşir və bu sistemdə iki günəş var. Bu səbəbdən iqlim çox qurudur. Bundan başqa əskər bildirib ki, reptiloidlər çox aqressivdir. Onlar bəşəriyyətin real düşmənləridir. İki ayağı olan reptiloidlərin boyu 2 metrdən hündürdür və əzələlidirlər.
Hərbçi bildirib ki, yad planetdə ona bozlar və reptiloidlər arasında savaş olduğunu, boz irqin çoxlu reptiloid qırdığını deyiblər:
“Bundan sonra reptiloidlər bizim planetimizi işğal etmək niyyətinə düşüblər və Yerə çox böyük bir asteroid uçur. Bu əslində asteroid yox, reptiloidlərin gəmisidir. Boz irqlə planetimiz arasında gizli əməkdaşlıq proqramı var.“Majestic 12” planına əsasən, 12 nəfər Yer sakini 13 il müddətinə boz irqin planetinə göndərilib. Bütün ABŞ prezidentləri bu əməkdaşlıq barədə məlumatlıdırlar”.
Digər əskərlər qaradərilidən İsa Peyğəmbərin yadplanetli olub-olmadığını soruşurlar. O isə bildirir ki, bu sualı yadplanetlilərə ünvanlayıb və cavabında eşidib ki, İsa adi insan olub. Bununla belə, ona deyiblər ki, qədim dövrlərdə insan DNA-sı yadplanetlilər tərəfindən 68 dəfə dəyişdirilib.
//Ölkə.az