İyunun 21-dən iyulun 5-dək DİN CİDDİ NƏZARƏT EDƏCƏK
    • 19-06-2020, 17:25
    • 666

İyunun 21-dən iyulun 5-dək DİN CİDDİ NƏZARƏT EDƏCƏK

Müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

News24.az məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarında əksini tapıb.

Qərara əsasən, müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.