“E-TEBİB” TƏQDİM EDİLDİ
    • 20-06-2020, 11:26
    • 1 538

“E-TEBİB” TƏQDİM EDİLDİ

Bu gün Operativ Qərargahın brifinqində “E-TEBİB” mobil tətbiqi təqdim olunub. 

News24.az xəbər verir ki, mobil tətbiq "bluetooth" bağlantısı vasitəsi ilə işləyəcək. 

Bildirilib ki, istifadəçinin statusu göy rəng olarsa, demək həmin şəxs virusa yoluxmayıb və virusa yoluxanla ünsiyyətdə olmayıb, sarı rəng həmin şəxsin virusa yoluxan adamla ünsiyyətdə olduğu deməkdir. Qırmızı rəng isə həmin şəxsin virusa yoluxduğunu göstərir, yaşıl rəng isə həmin istifadəçinin artıq test verib neqativ nəticə aldığını bildirəcək.