SMS icazə sistemindən istifadə edəcək vətəndaşlara MÜRACİƏT OLUNDU - ÜLVİ MEHDİYEV
    • 20-06-2020, 11:28
    • 699

SMS icazə sistemindən istifadə edəcək vətəndaşlara MÜRACİƏT OLUNDU - ÜLVİ MEHDİYEV

İcazə gov.az portalı fəaliyyətinə icazə verilən təşkilatlar üçün yaradılıb.

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, iki həftəlik sərt karantin rejimi tətbiq olunan 8 rayonda yaşayan vətəndaşlar barədə məlumat daxil edib icazə almalıdırlar. İkinci 8103 SMS vətəndaşlar üçün nəzərdə tutulub.

"Vətəndaşlarımıza iki həftə ərzində yalnız aptek, ərzaq almaq, arzu edənlərə hava almaq üçün iki saat müddətində icazə veriləcək, çünki iki həftə uzun müddətdir. 2 kodundan istifadə etmək üçün vətəndaşlara gün ərzində bir dəfə icazə veriləcək. Əminəm ki, vətəndaşlarımız bu dəfə də yalnız zəruri hallarda və təyinatı üzrə SMS icazə sistemindən istifadə edəcəklər. Çalışaq, qaydalara uyğun olmayan mətnlərlə SMS kanalını məşğul etməyək. Əlbəttə susi-istifadə hallarına yol verilməsi karantin rejiminin pozulması deməkdir, bununla bağlı qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcək”, - o bildirib.

Afaq Mirayiq