Yol polisi: "Bu həftə daha çox nəqliyyat vasitələrinə icazə verilib"
    • 12-06-2020, 17:34
    • 1 232

Yol polisi: "Bu həftə daha çox nəqliyyat vasitələrinə icazə verilib"

“Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan yerlərdə ərzaq və digər iaşə obyektləri işləməyəcək”.

News24.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu həftə daha çox nəqliyyat vasitələrinə icazə verilib: “İcazə portalında adı olan şəxslər avtomobillərinin də dövlət qeydiyyat nişanlarını qeydiyyatdan keçirməlidir”.