"Son iki gündə rayona getmək istəyən 1000, rayondan Bakıya gəlmək istəyən 4000 avtomobil geri qaytarılıb" - KAMRAN ƏLİYEV
    • 20-06-2020, 11:42
    • 818

"Son iki gündə rayona getmək istəyən 1000, rayondan Bakıya gəlmək istəyən 4000 avtomobil geri qaytarılıb" - KAMRAN ƏLİYEV

Xüsusi karantin rejiminin sərtləşdiriləcəyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində hərəkət qaydalarına riayət olunmasına nəzarət DİN tərəfindən həyata keçiriləcək. 

News24.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib: “Artıq ikinci gündür ki, Bakı, Sumqayıt və Abşeron ərazisində yaşayanların rayonlara getməsi müəyyən olunub və onlardan 5 000-ə yaxını müəyyən edilib. Onlar geri qaytarılıblar. Onlardan 4 min nəfər Bakıya gələn, 1000 nəfər isə rayona gedənlər olub. Bu günlər ərzində alternativ yolla, yəni torpaq üstündən istifadə edərək yaşadıqları yeri tərk edib rayona gedənlər bilsinlər ki, onların hər birinin avtomobili xüsusi aparatlar vasitəsi ilə qeyd olunur və hər biri aşkar olunacaq. Bu hal sərt karantin rejiminin pozulması kimi qiymətləndirilir və həmin şəxslərlə bağlı qanun çərçivəsində ölçü götürüləcək".