-
- 20-06-2020, 12:06
- 787
"Bu vəziyyətin nə zamana kimi davam edəcəyi MƏLUM DEYİL" TƏBİB RƏSMİSİ
"Sərhədlərin bağlanmasından, karantin rejimindən biz də əziyyət çəkirik. Bizim də xarici ölkələrdə, regionlarda yaxınlarımız, övladlarımız, hamımızın ailəsi var. Bu gün üçün deyə bilərəm ki, ailəiçi yoluxmalar çoxdur".
News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. O bildirib ki, bu xəstəlik hələ uzun müddət davam edəcək: "Qapanmaları düzgün yerinə yetirmədiyimiz halda daha sərt karantin rejimlərinə səbəb olacaq. Təəssüflə qeyd edirəm ki, bu vəziyyətin nə zaman bitəcəyi barədə heç nə deyə bilmirik. Vəziyyət həqiqətən də çox gərgindir, biz hazırda müharibədəyik. Bu gözlə görünmür, amma vətəndaşlarımızın sağlamlığına ciddi ziyan vurur. Bu vəziyyət ilin sonuna kimi, bir ildə davam edə bilər. Amma vəziyyətin yaxşılaşması, müsbətə doğru dəyişməsi biz vətəndaşlardan asılıdır. Anlayırıq yay mövsümüdür, hər kəs istirahət etmək istəyir. Biz özümüz də bunu istəyirik, amma bu mümkünsüzdür".
Afaq Mirayiq