MM-in deputatları və əməkdaşları koronavirus testindən keçirildi - NƏTİCƏLƏR SABAH BİLİNƏCƏK
    • 21-06-2020, 15:36
    • 630

MM-in deputatları və əməkdaşları koronavirus testindən keçirildi - NƏTİCƏLƏR SABAH BİLİNƏCƏK

Azərbaycan Respublikasının Milli Məclisində “COVİD-19” infeksiyası ilə bağlı Milli Məclis Aparatının əməkdaşları, eyni zamanda millət vəkilləri arasında mütəmadi olaraq testlər aparılır. 

News24.az xəbər verir ki, iyunun 21-də Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda millət vəkillərindən "COVİD-19" infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb.

Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda deputatlardan COVID-19 infeksiyası ilə bağlı götürülmüş profilaktik test nümunələrinin nəticələri sabah açıqlanacaq.