Müdafiə naziri Moskvada keçiriləcək hərbi parada dəvət olundu
    • 22-06-2020, 12:07
    • 686

Müdafiə naziri Moskvada keçiriləcək hərbi parada dəvət olundu

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov  Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub.

News24.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, general-polkovnik Z. Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda qonaq qismində iştirak edəcək.

Nümayəndə heyəti iyunun 23-də Moskva şəhərinə yola düşəcək.

Qeyd edək ki, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti təmsil edəcək.