Kürdə batan 16 yaşlı gənc TAPILDI
    • 23-06-2020, 09:54
    • 768

Kürdə batan 16 yaşlı gənc TAPILDI

Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Usubov Aqil Şahverdi oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, A.Usubovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.