Kürdə batan 14 yaşlı oğlanın meyiti TAPILDI
    • 19-06-2020, 11:13
    • 1 623

Kürdə batan 14 yaşlı oğlanın meyiti TAPILDI

Kürdə batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Kür çayının Sabirabad rayonu, Bulduq kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Məmmədli Emil Fərzi oğlunun axtarışları başa çatıb.

E.Məmmədlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.