Bu il cəmi 10 minə yaxın insan Həcc ziyarətinə GEDƏ BİLƏCƏK
    • 23-06-2020, 15:16
    • 696

Bu il cəmi 10 minə yaxın insan Həcc ziyarətinə GEDƏ BİLƏCƏK

Bu il Həcc ziyarətinə ötən ilki 2,5 milyon ziyarətçidən fərqli olaraq 10 minə yaxın adamı gələ biləcəyi ehtimal edilir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Həcc və Ümrə naziri Məhəmməd Salehi mətbuat kofransında deyib. 

Nazir bildirib ki, bu yalnız daxili bir həcc ziyarəti olacaq, xaricdən gələn zəvvarlar üçün istisnalar olmayacaq.

Onun sözlərinə görə, zəvvarlar xarici diplomatik nümayəndəliklərlə birlikdə seçiləcək, hamısı koronavirus testlərdən keçəcək və Həcc ziyarətindən sonra 14 gün müddətində karantində qalacaqlar.

Həcc ziyarətində həkim qrupları ziyarətçilərin səhhətlərinin vəziyyətini müşahidə edəcəklər və həmin ərazilərdə xəstəxanalar yaradılacaq.