20 qadını sianidlə zəhərləyən manyak-qatil SAXLANILDI
    • 23-06-2020, 18:27
    • 594

20 qadını sianidlə zəhərləyən manyak-qatil SAXLANILDI

Hindistanda qadınları zorlayan və siyanidlə zəhərləyən manyak-qatil 20 cinayətdə günahkar bilinib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk dəfə gənc qadını 2009-cu ildə öldürüb.

Mohan adlı qatil 20-ci qurbanı ilə yataqxanada aşpaz işləyərkən tanış olub. Həmin vaxt Mohan onunla evlənəcəyinə söz verib. onunla intim münasibətdən olandan sonra isə hamiləliyə qarşı dərman adı ilə qadına siyanid verib. Qadının meyiti tapıldıqdan sonra cinayətkar həbs edilib.

Qatillə bağlı son qərar 24 iyun tarixində veriləcək. Onun ömürlük həbs ediləcəyi bildirilib.