Mədəniyyət Nazirliyinin vəzifəli şəxsinin narkotik plantasiyası AŞKARLANDI
    • 23-06-2020, 19:25
    • 958

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsinin narkotik plantasiyası AŞKARLANDI

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, iyunun 23-də Ağstafa RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Göycəli kənd sakini 36 yaşlı Vaqif Mehdiyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. 

Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan 30 ədəd ümumi çəkisi 5.675 kq olan çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V. Mehdiyev şəxsi istifadəsi üçün becərdiyini bildirib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Report-un məlumatına görə, Vaqif Rafiq oğlu Mehdiyev Mədəniyyət Nazirliyinin Ağstafa Rayon Mədəniyyət Evinin direktorudur.

Göycəli kənd sakini, 1984-cü il təvəllüdlü V.Mehdiyev özünə məxsus torpaq sahəsində xüsusi aqrotexniki qaydada kultivasiya yolu ilə narkotik xassəli çətənə - Kannabis bitkiləri becərib. O, narkotik bitkilərin becərilməsi üçün işçi qüvvəsi də cəlb edib. 

Belə ki, plantasiyanın xüsusi mühafizəsini təşkil etmək üçün gözətçilər, bitkilərin becərilməsi, suvarılması və kultivasiyası üçün fəhlələr, eyni zamanda orda çalışan işçi heyətinə yemək bişirmək üçün aşpazlar cəlb olunub.

Şahidlərin iştirakı ilə plantasiyadan 30 ədəd ümumi çəkisi 5.675 kq olan çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V.Mehdiyev şəxsi narkotik bitkiləri şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.