"Qadınlar yoldaşı yanında ola-ola atama sevgi etirafı edirdilər..." - SƏİDƏ DADAŞOVA
    • 24-06-2020, 10:53
    • 863

"Qadınlar yoldaşı yanında ola-ola atama sevgi etirafı edirdilər..." - SƏİDƏ DADAŞOVA

"Milyonların sevimlisi olan insan, xanımların yuxusu, qadınlar yoldaşı yanında ola-ola atama sevgi etirafı edirdilər. Bir insanın tək qadın sevməsi, onun üçün xoşbəxtlik deyilmi? O, yalnız birini sevdi, seçdi. Bir kişi kimi onu sevmədilər, xoşbəxt eləmədilər. Onun qədrini bilmədilər".

News24.az xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova "Xəzər" Televiziyasında yayımlanan "5də5" verilişində deyib. 

Qeyd edək ki, sənətçinin atası, Xalq artisti Rafael Dadaşov martın 16-da 74 yaşında vəfat edib.

Sevda Bayramova