"O gündən spirtli içkiyə nifrət elədim" - BRİLLİANT DADAŞOVA
    • 29-04-2020, 19:28
    • 823

"O gündən spirtli içkiyə nifrət elədim" - BRİLLİANT DADAŞOVA

"Qanımda hemoqlabin çox azdır, təzyiqim də aşağı olur, ona görə oruc tuta bilmirəm. Uşaq olanda atama təzyiq problemimi aradan qaldırılmağım üçün müxtəlif reseptlər deyirdilər. Məsələn, çaxırla, şirin çayı qarışdırıb içməyimi tövsiyə edirdilər, amma bunların heç birini içmirdim, çünki acını sevmirəm. Bundan sonra spirtli içkiyə nifrət elədim".

News24.az
xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova 104 FM-də yayımlanan "Yanar saat" verilişində deyib. Sənətçi söhbət əsnasında həyatındakı səhv addımlarından danışıb: "Səhvsiz insan yoxdur, amma mənim ən böyük səhvim vaxtında Vaxtanq Kikabidze ilə duet oxumamağımdır. Məncə, onun kimi ikinci bir səs dünyaya gələ bilməz. Mən oxumadım, amma həmin mahnınını Layma Vaykule ilə ifa etdi. Oxumamağımın əsas səbəbi o idi ki, hər şeyə xüsusi diqqətlə yanaşmağımdır, düşünürdüm ki, layihənin prodüseri gürcü yox, azərbaycanlı olmalıdır. Yəni mən, hər zaman suyu üfürə-üfürə içmişəm. Ömür boyu kəlmə kəsmədiyim, tanımadığım insanlar mənim adımı çəkərək, utanmaz-utanaz şər-böhtan atıb gündəmə gəliblər. Bunlar çox şərəfsiz işlərdir".

Xalq artisti mərhum Xalq artisti, əmisioğlu Rafael Dadaşovu da yad edib: "Mən hələ balaca olanda Rafael Naxçıvandan Bakıya bizə qonaq gələndə həmişə onun kürəyindən qucaqlayırdım, sallanırdım. Həmişə onun qucağında otururdum, qoxlayırdım, əl çəkmirdim ondan. Hər zaman onunla fəxr etmişəm. Novruz çərşənbələrində ona xonçalar aparırdım. Bir dəfə sual verdim ki, "Rafa, ayağa qalxandan sonra ilk hara getmək istəyirsən?". "Əynimə kostyum-şalvar geyinib, üstümə Şöhrət Ordenini taxıb bağımıza getmək istəyirəm" dedi. 

Sevda Bayramova