Evlənmək istəyənlərin nəzərinə! Baş Nazir Əli Əsədov QƏRARA DƏYİŞİKLİK ETDİ
    • 24-06-2020, 11:32
    • 1 466

Evlənmək istəyənlərin nəzərinə! Baş Nazir Əli Əsədov QƏRARA DƏYİŞİKLİK ETDİ

Nazirlər Kabineti "Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

News24.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”na əlavələr edilib.

Belə ki, Ailə Məcəlləsinə uyğun olaraq Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən verilən şəhadətnəmadə evlənən və boşanan şəxslərin qohumluq əlaqələrinin olub-olmaması qeyd olunacaq. 

Həmçinin həmin məlumatlar müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında da qeyd ediləcək.