Koronavirusa yoluxan polis əməkdaşlarından XƏBƏR VAR
    • 24-06-2020, 12:50
    • 479

Koronavirusa yoluxan polis əməkdaşlarından XƏBƏR VAR

Azərbaycanda koronavirusa yoluxan bir neçə polis əməkdaşı müalicəsini davam etdirir. koronavirusdan sağalaraq evə buraxılıb.

Bunu News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxan polis əməkdaşlarının bir neçəsi  sağalaraq evə buraxılıb: “Xidmətdə olan zaman polis əməkdaşlarından koronavirusa yoluxanlar da oldu. Onlardan sağalıb evə buraxılanlar da var, hazırda xəstəxanalarda müalicə alanlar da var. Lakin həmin polis əməkdaşlarının sayı barədə məlumat verə bilmərəm”.

Afaq Mirayiq