Moskvaya parada gələn Qırğızıstan heyətində KORONAVİRUS AŞKARLANDI
    • 24-06-2020, 14:23
    • 835

Moskvaya parada gələn Qırğızıstan heyətində KORONAVİRUS AŞKARLANDI

Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun başçılığı altında Moskvada keçirilən Qələbə paradına qonaq qismində gələn heyətin 2 üzvündə COVID-19 aşkarlanıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu səbəbdən də S.Jeenbekov Qələbə paradına qatılmayıb. 

Məlumata görə, Qırğızıstanın Prezident Aparatının Xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkov və mühafizə xidmətinin əməkdaşında koronavirus testi pozitiv çıxıb.