Sabiq spiker koronavirusdan - ÖLDÜ

Sabiq spiker koronavirusdan - ÖLDÜ Dünya
Qırğızıstan parlamentinin sabiq spikeri Mukar Çolponbayev yeni növ koronavirusdan (COVİD 1-9) ölüb.

News24.az -ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, mayın 5-də Qırğızıstan Respublika Kliniki İnfeksiya Xəstəxanasına yerləşdirilmiş M. Çolponbayev bu gün həyatını itirib.

M. Çolponbayev Qırğızıstan Ədliyyə naziri, deputat olub, 1995-1996-cı illərdə parlamentə rəhbərlik edib.