"Əməliyyat etmişəmsə, əcəb eləmişəm..." - AYSUN OD PÜSKÜRDÜ
    • 25-06-2020, 16:47
    • 1 582

"Əməliyyat etmişəmsə, əcəb eləmişəm..." - AYSUN OD PÜSKÜRDÜ

Moskvada yaşayan və fəaliyyət göstərən müğənni Rəqsanə İsmayılovanın qızı, müğənni Aysun İsmayılova omba əməliyyatı keçirməsi haqqında yayılan xəbərlərə sərt reaksiya verib.

News24.az xəbər verir ki, Aysun İsmayılova omba əməliyyatı deyil, bədənini korreksiya etdirdiyini bildirib: "Dərdiniz qurtarıb? Koronavirus nə vaxt bitdi, xəbərim olmadı. Yəni bu zaman bu qədərmi boş-bekarsınız. Heçmi probleminiz yoxdur? Mənim əməliyyat edib-etməməyimdən sizə nə? Sizə hesab verməliyəm? Əməliyyat etmişəmsə, əcəb eləmişəm. Ailəm və mən bilərəm. Başqa heç kimə dəxli yoxdur. Sirat körpüsündə mənim yerimə siz cavab verəcəksiniz? Arxamca danışan insanlara deyəcəyim bir söz var: can ağrısından və məcburiyyətdən nəsə etmişəmsə, başınıza gəlsin. Bundan sonra bu söhbətə görə heç kim narahat etməsin".

Sevda Bayramova