"Altın Kelebek"in aqibəti bəlli OLDU
    • 25-06-2020, 17:00
    • 1 227

"Altın Kelebek"in aqibəti bəlli OLDU

Öncə şəhid xəbərlərinə, daha sonra isə koronavirus pandemiyasına görə təxirə salınan 46-cı Altın Kelebek Ödüllərinin aqibəti bəlli olub.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, artıq mükafatlar sahiblərinə evlərində və ya ofislərində təqdim olunur. Həmin anlar lentə alınır və iyulun 5-i yayımlanacaq. Gecənin aparıcılığını Çağla Şikel ilə Cem Davran edəcək.

Qeyd edək ki, azərbaycanlı namizədə isə mükafatın hansı şəraitdə təqdim ediləcəyi bəlli deyil.

Sevda Bayramova