İldırım 116 nəfərin həyatına SON QOYDU
    • 26-06-2020, 13:23
    • 851

İldırım 116 nəfərin həyatına SON QOYDU

Hindistanın müxtəlif bölgələrində ildırım çaxması nəticəsində 116 nəfər ölüb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki,  Bihar əyalətinin müxtəlif bölgələrində yağan leysan və göy gurultusu nəticəsində 92 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilib.

Bundan əlavə, Uttar Pradeş əyalətinin yerli rəhbərliyi ildırım vurması nəticəsində 24 nəfərin öldüyünü və 12 nəfərin yaralandığını açıqlayıb.

Güclü yağış səbəbindən ərazidə bir çox binalar ziyan görüb.

Baş nazir Narendra Modi, ölənlərin ailələrinə başsağlığı verib.