AZAL-ın Bakı-İstanbul-Bakı aviareysi üzrə BİLET QİYMƏTİ BƏLLİ OLDU
    • 26-06-2020, 15:57
    • 1 424

AZAL-ın Bakı-İstanbul-Bakı aviareysi üzrə BİLET QİYMƏTİ BƏLLİ OLDU

Milli aviadaşıyıcı AZAL "www.azal.az" saytında Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə aviabilet satışısı start verib.

News24.az xəbər verir ki, iyulun 2-dən avqusutun 29-dək həftədə iki dəfə (cümə axşamı və şənbə günlər) Bakı və İstanbul arasında uçuşlar həyata keçirəcək aviareyslər üzrə bilet qiyməti 382 manat 59 qəpikdir. 

Qeyd edək ki, yeni qaydalara uyğun olaraq yalnız  koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə burada tanış ola bilərsiniz:

 - İnci laboratoriyası. Ünvan: Bülbül prospekti, 40. Əlaqə telefonu: ‪+994 51 229 49 80‬;

 - Referans kliniki laboratoriya mərkəzi. Ünvan: Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: ‪+994 70 653 00 33‬;

 - Memorial Klinik. Ünvan: Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: ‪+994 12 520 30 40‬.