Bəhram Bağırzadənin son durumu AÇIQLANDI
    • 27-06-2020, 11:07
    • 1 484

Bəhram Bağırzadənin son durumu AÇIQLANDI

“Əməkdar artist Bəhram Bağırzadənin səhhətində müəyyən müsbət dinamika qeyd edilir, lakin vəziyyəti ağır olaraq qalır".
 
News24.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
 
Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülüb.
 
Əməkdar artistin ağciyər toxumasının 90%-dən çoxu zədələndiyindən onu ECMO cihazına qoşublar.
 
B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
 
Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.