Azərbaycanda 200-ə yaxın insan KORONAVİRUSDAN ÖLDÜ
    • 28-06-2020, 17:56
    • 697

Azərbaycanda 200-ə yaxın insan KORONAVİRUSDAN ÖLDÜ

Azərbaycanda indiyədək ümumilikdə 16424 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, onlardan 9026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib, 7200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.