Millimizin güləşçisi axtarışa verildi - Cinayət törədib
    • 29-06-2020, 12:31
    • 429

Millimizin güləşçisi axtarışa verildi - Cinayət törədib

Azərbaycan millisinin güləşçisi Nurməhəmməd Hacıyev axtarışa verilib.

O, Abdulbasir Ömərov adlı şəxsin öldürülməsində günahlandırılıb.
Qeyd edək ki, Abdulbasir Ömər iyunun 23-də Mahaçqalada qətlə yetirilib. O, “Daqavtodor” və “Kaspi” Yollar İdarəsinin sabiq rəisi  Məhəmmədrəsul Ömərovun qohumuduru.
Xatırladaq ki, 97 kq çəki dərəcəsində çıxış edən Nurməhəmməd Hacıyev 2018 və 2019-cu illərdə keçirilən Avropa çempionatlarının, Minsk-2019 II Avropa Oyunlarının gümüş mükafatçısıdır. /qafqazinfo/