Ərdoğan: "Türkiyə yardıma alan dövlətdən yardım edən dövlətə çevrildi" - VİDEO
    • 10-07-2018, 22:00
    • 812

Ərdoğan: "Türkiyə yardıma alan dövlətdən yardım edən dövlətə çevrildi" - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri çərçivəsində verdiyi mətbuat konfransında bir çox maraqlı məqamlara toxunub. "Son 10 ildə Türkiyə yardıma alan dövlətdən yardım edən dövlətə çevrildi".

News24.az  xəbər verir ki, R. T. Ərdoğan Naxçıvan sakinlərinin sərhəddəki Türkiyə xəstəxanalarının imkanlarından istifadə edə biləcəyini vurğulayıb.

Ərdoğan deyib ki, Türkiyə Dağlıq Qarabağ və Naxçıvan məsələlərində üzərinə düşəni edib və etməyə davam edəcək: “Naxçıvanla Türkiyə arasında quru yolları ilə bağlı çətinliklər aradan qalxıb. Biz indi bir dəmir yolu çəkməklə nəqliyyat əlaqələrini inkişaf etdirərək bu sahədə daha bir önəmli addım olacaq”.

O həmçinin, Azərbaycan prezidentinə FETÖ-yə qarşı mübarizədə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Qeyd edək ki,  R.T. Ərdoğan prezident seçildikdən sonra ilk səfərini Azərbaycana edib.  Türkiyə Prezidentinin Azərbaycanda təntənəli qarşılanma mərasiminin videogörüntülərini təqdim edirik.