"Azərbaycan Prezidentinin təşəbbüsü beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur"
    • 29-06-2020, 18:27
    • 722

"Azərbaycan Prezidentinin təşəbbüsü beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur"

“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsi ilə bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən açıqlama verildi”.

Xarici İşlər Nazirliyindən (XİN) News24.az-a verilən məlumata görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən deyib.

“Məlum olduğu kimi, BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü dövlət başçımız tərəfindən 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı irəli sürülüb. Təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu daxilində müzakirə edilib və Hərəkata üzv olan 120 ölkə yekdilliklə Azərbaycan Respublikası Prezidentinin təklifini dəstəkləyərək təklifin BMT Baş Katibinə Hərəkat adından təqdim edilməsinə razılıq bildiriblər. Beləliklə də, cari ilin 13 may tarixində Azərbaycan Prezidenti QH-nin sədri qismində Hərəkata üzv ölkələr adından BMT Baş Katibinə məktubla müraciət edərək Baş Assambleyanın xüsusi sessiyasının çağırılması müraciətini etdi.

BMT Baş Katibi, öz növbəsində BMT-yə üzv dövlətlər arasında nota yayaraq prosedur qaydalarına uyğun olaraq Azərbaycan Prezidentinin bu təşəbbüsünə 30 gün ərzində hər bir dövlət tərəfindən milli qisimdə dəstək bildirilməsini xahiş etdi.

Qeyd olunan vaxt çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Nyu-Yorkda BMT yanındakı nümayəndəliyimiz, eləcə də xaricdəki digər diplomatik nümayəndəliklərimiz akkreditə olunduqları dövlətlərdə Azərbaycan Prezidentinin təşəbbüsü barədə məlumatlandırma üzrə fəal iş aparıb və nəticədə BMT-yə üzv dövlətlərin 2/3-dən çoxunun təşəbbüsə dəstəyi təmin edilib.

Təşəbbüsün əhəmiyyəti ilə bağlı konkret sualınıza gəldikdə, hazırda bütün dünyanın qlobal pandemiya ilə mübarizə apardığı bir vaxtda bu qlobal bəla