"Qızdırma, öskürək hamıda
    • 3-07-2020, 18:28
    • 2 046

"Qızdırma, öskürək hamıda "mən koronavirusa yoluxmuşam" qorxusu yaradır"

“Özünü pis hiss edən insan təcili tibbi yardıma müraciət etmədən öncə sahə həkiminə müraciət etməlidir”.

News24.az-ın verdiyi xəbərə görə, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib. 

O bildirib ki, qızdırma, öskürək ola bilər, bu simptomlar hamıda “mən koronavirusa yoluxmuşam” qorxusu yaradır: “Poliklinika və ya sahə həkimi bəzi suallar verərək onun koronavirus olub-olmadığı haqda ilkin diaqnoz qoya bilər. Ehtiyac olduqda, onlardan evdə nümunə götürüləcək. Həkim xəstə ilə danışdıqdan sonra müəyyən edəcək ki, COVİD 19 əlaməti var, yoxsa yox". 

Afaq Mirayiq