Bu azərbaycanlı məmurlar işə piyada gedir
    • 3-10-2018, 10:30
    • 787

Bu azərbaycanlı məmurlar işə piyada gedir

Məmurların və vəzifəli şəxslərin həyatı, övladlarının gündəlik yaşayışı tez-tez medianın gündəmini məşğul edir. Əksər məmurlarımız lazım olmadığı halda belə dəbdəbədən əl çəkmir, vətəndaşların rahatlığını pozsa belə, oliqarx həyatlarına davam edir.
Buna görə bizə adətən nümunə kimi xarici ölkə vəzifəlilərinin metroda qəzet oxumağı, işə piyada getməyi göstərilir.

 Azərbaycanda da əksər həmkarlarına nümunə göstəriləcək yüksək çinli məmurlarımız var. Hansı ki, onlar hər gün səhər işə piyada, metroda və digər ictimai nəqliyyatlardan istifadə edərək gedirlər.

İşə piyada gedən məmurlarımızdan biri Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyevdir. O, demək olar ki, hər gün işə gedərkən şəxsi və xidməti avtomobilə ehtiyac duymur. Qeyd edək ki, Firdovsi Əliyev peşəkar idmançıdır və 2004-cü ildən Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər nazirinin müavinidir.

Deputat Tahir Rzayev bir müddət əvvəl mətbuata açıqlamasında avtomobilinin olmadığını qeyd etmişdi. O, işə piyada və ictimai nəqliyyatdan istifadə edərək getdiyini vurğulamışdı:

"Mənim nə xidməti, nə də şəxsi maşınım var. Ona görə də ictimai nəqliyyatdan istifadəyə üstünlük verirəm. Həm də iş yerim qaldığım əraziyə yaxın olduğundan piyada gəzməyə önəm verirəm. Hara getmək lazımdırsa, metrodan, avtobusdan istifadə edirəm”.

Azərbaycanda dəbdəbli həyatdan uzaq görünən məmur imicini yarada bilən vəzifəlilərdən biri də sabiq Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov olub. Vətəndaşlar dəfələrlə naziri mənzil başına piyada gedərkən görüb.

Şəxsi avtomobilə üstünlük verməyən daha bir deputat isə Tahir Kərimlidir. O, müsahibələrindən birində işə piyada getdiyini vurğulayıb. Qeyd edək ki, Tahir Kərimli 5-ci çağırış AR Milli Məclisin deputatıdır. 

Məmurların şəxsi avtomobildən istifadə etməməsi, işə piyada getməsi Azərbaycanda qeyri-adi görünsə də, beynəlxalq təcrübədə bu, olduqca normal görüntüdür.

Qeyd edək ki, dünyaca məşhur simalar dəfələrlə metroda, ictimai nəqliyyatda görüntülənib. Bu şəxslər içində məşhur siyasətçilər; Kanadanın baş naziri Kastin Trüdo, Britaniyanın  baş naziri Devid Kameron,  İran prezidenti Həsən Ruhani, müğənnilər Rihanna, Emin Ağalarov və digərləri var.

//GoldNews.Az
 






www.anews.azREKLAM