Firdovsi Əliyev: "Meşə fondu ərazisinə mal-qara girişinin qarşısı alınmalıdır"
    • 7-03-2019, 16:13
    • 1 937

Firdovsi Əliyev: "Meşə fondu ərazisinə mal-qara girişinin qarşısı alınmalıdır"

"Meşələrin çəpərlənməsi daimi proses olmayacaq”.

News24.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.  

Nazir müavini qeyd edib ki, belə bir təcrübə Qırğızıstanda tətbiq olunur:
“Azərbaycanda meşələrin çəpərlənməsi yalnız kənar müdaxilələr zamanı həyata keçiriləcək. Meşələrdə təbii bərpa prosesi baş verdikdən sonra meşələrdəki çəpərlər sökülür. Başqa ərazilərdə çəpərlənmə işləri aparılır".
Firdovsi Əliyev onu da əlavə edib ki, bəzi meşə fondu ərazilərinə mal-qaranın girişinin qarşısı alınmalıdır: “Bu halların qarşısının alınması üçün meşələrin çəpərlənməsi təcrübəsinin tətbiqi faydalı olar”.